Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitum

Bitum – karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı.

İki növə bölünür – süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində – asfalt – qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 – 350° C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 – 280° C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır.

Bitum adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən bitumun ümumi miqdarının 90%-i süni bitum növlərinin payına düşür.


Tarix: 22.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...