Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yonqar

Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur.

Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir. Kəsmədə müəyyən iş görüldüyündən yaran enerjinin bir hissəsi istiliyə çevrilir. Bu istilik kəsmə zonası ətrafında yayılır. İstilik nə qədər yonqara keçsə bu alınan səthin sağlamlığı üçün bir o qədər yaxşıdır. Ona görə də, çalışırlar ki, emal zamanı soyuducu yağlayıcı mayenin köməyi ilə pəstaha və alətə keçən istiliyin həcmi azalsın.

Yonqarın forması alətin kəsmə zonasından çıxdıqdan sonra ayrılan material qatının aldığı formadır. Bu forma çox vaxt material, alətin forması və kəsmə parametrlərindən asılıdır. Yonqarlar onların həndəsi formasına, qalınlığına, alətin yeyilməsinə və pəstahın keyfiyyətinə təsiri ilə səciyyələnir. Ən əlverişsiz yonqar forması burulğanlıdır. Onlar kəsmə zonasından nəql edilmsini çətinləşdirir və səthi korlayır, bəzi hallarda isə prosesin dayandırılmasını tələb edir. Ona görə də, alətlərdə yonqarın müəyyən uzunluqda avtomatik sınmasını təmin edən qurğular qoyulur. Əlverişli yonqar formaları özü sınanlardır. Onlar material, alət və parametrlərin kombinasiyası nəticəsində təmin edilirlər.


Tarix: 22.03.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...