Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Metalların təzyiq altında emalı

Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir.

Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir. Soyuq halda isə deformasiya reksristallizasiya temperaturundan aşağı temperaturda baş verir.

Metalların təzyiq altında emalı təyinatından asılı olaraq iki tipə bölünür:
tikintidə və ya sonardan kəsmə ilə və ya baçqa yolla emal olunacaq daimi en kəsiyə malik pəstahların alınması yayma, dartma və pressləmədir.
hazır hissənin formasına yaxın həndəsəyə malik olan və sonuncu dəqiqliyi yalnız mexaniki emal ilə həyata keçirilən pəstahların hazırlanması döymə və ştamplama ilə əldə edilir.

Yayma

Bu proses zamanı pəstah iki fırlanan vallar arasında sürtünmə qüvvəsinin təsiri altında dartılaraq, eninə təsir edən qüvvəni təsiri altında plastiki deformasiyaya uğrayaraq lazımi formaya salınır.

Presləmə

Presləmədə pəstah qapalı formada sıxılaraq matrisanın əvvəlcədən verilmiş həndəsyə malik deşiyindən keçirilir. Bu zaman material plastiki deformasiyaya uğrayaraq lazım olan en kəsiyini alır.

Dartma

Pəstah iki müxtəlif en kəsiyə malik matrisalardan eçərək tədricən en kəsiyi kişilir və beləliklə plastiki deformasiya nəticəsində sonuncu matrisanın deşiyinin formasına uyğun en kəsikdə alınır.

Döymə

Burada verilmiş metal kütlə xüsusi alətin köməyi ilə hissə-hissə döyülməklə lazımi formaya salınır.

Ştamplama

Ştamplama zamanı metallik pəstah xüsusi tərtibatın- ştampın köməyi ilə sıxılaraq bir dəfəyə lazımi həndəsi formaya salınır. Sıxma zamanı metall deformasiya edərək ştampın içini doldurur. Soyuq və isti halda ştamplama mövcuduur.


Tarix: 21.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...