Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MiQ-25

MiQ-25, (rus. МиГ-25) (NATO kod adı: FoxbatFoksbet — "qanadlı"[1]) – SSRİ istehsalı olan biryerli, yüksək hündürlükdə uça bilən qırıcı təyyarəsi. MiQ-25 proyekti 60-cı illərdə Mikoyan-Quryeviç Konstruktor Bürosu tərəfindən Amerikan bombardman təyyarələrinə (SR-71) qarşı müdafiə məqsədi ilə başlanmış, nəticədə Sovet ordusunda MiQ-25, səsdən 3 dəfə sürətli təyyarə kimi effektiv qırıcı-kəşfiyyatçı rolunu oynamışdır. Güclü radar və dörd ədəd hava-hava roketlərilə təchiz olunmuş təyyarə bir müddət NATO üçün təşviş yaratsa da, 1976-cı ildə Sovet pilotu Leytenant Viktor Belenkonun idarə etdiyi MiQ-25 ilə Yaponiyaya qaçması Qərb ölkələrinə bu təyyarəni analiz etməyə və sirrlərini öyrənməyə imkan vermişdir. İlk prototipi 1964-cü il mart ayının 6-sı uçmuşdur. İstismar müddəti hələ də davam edir. İstehsal miqdarı təqribən 1200-dür.Mündəricat
1 Əsas Məlumatlar
2 Məşhur qaçırılma
3 Döyüş təcrübəsi
4 Hazırda istifadəsi
5 Hazırda istifadə edən dövlətlər
6 Xüsusiyyətlər (MiQ-25P)
7 Şəkillər
8 Xarici keçidlər
9 İstinadlar


Əsas Məlumatlar

Əsas Məlumatlar Təyyarənin hissələrinin çoxu əl ilə və olduqca kobud şəkildə qaynaq olunmuşdur. Ucuz və asan istehsal olunması üçün amerikan dizaynlarının əksinə olaraq boltların başları təyyarənin aerodinamik dizaynına təsir edə bilməyəcəyi düşünülən yerlərdə gövdəyə bastırılmamışdır. Təyyarənin elektronika sistemlərinin çox hissəsi vakuum diodlarından (lampalı dövrədən) ibarətdir. Bu seçimin üç əsas üstünlüyü var: Vakuum diodlu sistemlər yüksək sürətin nəticəsi olaraq yüksək temperaturda işləməklə bərabər, tranzistor bazalı müasir sistemlərdən fərqli olaraq hava soyutması tələb etmir; Vakuum diodların istehsalı olduqca asan və ucuz olduğu üçün elektronika sistemlərinin təmiri bazalarda sürətli və sərfəli şəkildə həyata keçirilir; Vakuum diodlu sistemlərə nüvə partlayışı zamanı yaranan dağıdıcı elektromaqnit dalğaları təsir etmir. Yenə də vakuum diodlu sistemlərin istifadə olunması sayəsində təyyarənin Smerch-A (NATO kodu:Foxfire) radarı 600 Kilowatt kimi qorxunc bir gücə malikdir. MiG-25 haqqında deyilənlərə görə, MiG-25-lərin olduğu hava bazalarının ətrafında təyyarənin çox güclü Smerch-A radarının yaydığı mikrodalğa şüalarına görə yanaraq ölmüş yüzlərlə dovşan aşkar olunmuşdur. Bu səbəbdən təyyarənin radarının müəyyən hündürlüyə qalxmadan əvvəl işə salınması qadağan olunmuşdur. Heyrətləndirici sürətinin əvəzinə MiG-25-in uçuş mənzili sadəcə 1200 km-dir. Və elə buna görə də məşhur qaçırılma zamanı-1976-cı ildə Yaponiyaya qaçan Viktor Belenko-nun idarə etdiyi MiG-25-in yanacağı enişdən az sonra qurtarmışdı. Viktor Belenkonun qaçması ilə bəlkə də ən çox qorunan sənaye sirrinin açılmasının şokunu yaşayan Mikoyan Gurevich Dizayn Bürosu MiG-25-in sirliliyini qorumaq məqsədilə təyyarənin təməl dizaynı üzərində yenidən işləmiş və təyyarəyə daha güclü (və qənaətcil) motorlar və daha da qabaqcıl radar və elektronika sistemlərinin əlavə edildiyi MiG-25PD Foxbat-E versiyasını hazırlamışdır. Əvvəllər istifadəyə verilən 370 ədəd MiG-25P pillə-pillə bu standartlara yüksəldilmişdir. Əl-Cəzair, Bolqarıstan, Hindistan, Suriya, İraq və Liviya-ya ixrac olunmuşdur. SSRİ-nin dağılmasından sonra Rusiya və Azərbaycan tərəfindən istifadə olunmağa davam edilən MiG-25 hələ də bu iki ölkənin arsenalında məhdud sayda da olsa istifadə olunur.

Məşhur qaçırılma

6 sentyabr 1976-cı ildə təyyar SSRİ HHQ təyyarəçisi Viktor Belenko tərəfindən Yaponiyanın Xakodate şəhərindəki aeroporta qaçırıldı. Bu hadisədən sonra bu tip təyyarələr xaric ölkəyə çatmayacaq həcmdə yanacaqla doldurulmağa başlandı.[2]. Bütün təyyarələr modifikasiya edildi və bort avadanlıqları təkmilləşdirildi.

Təyyarənin kostruksiyasının NATO mütəxəssisləri tərəfindən öyrənilərək istifadə ediməsi fikri öz təsdiqini tapmır. Belə ki, analıji F-15 təyyarəsi 1976-cı ildə istifadəyə buraxılıb, onun sınaq uçuşu isə 1972-ci ildə həyata keçirilib.

Təyyarənin özü sonradan SSRİ tərəfinə qaytarıldı.

Döyüş təcrübəsi

Maraqlısı burasındadır ki, MiG-25 ilk döyüş təcrübəsini hələ SSRİ-nin bazalarında xidmətə girməmişdən əvvəl 1971-ci ildə Misir Hava Qüvvətlərinin tərkibində qazanmışdır. SSRİ tərəfindən müvəqqəti olaraq Misir Hava Qüvvətlərinə xidmətə verilən 4 Foxbata Misirin bayraq və emblemləri yapışdırılmışdır, ancaq yalnız Sovet pilotları tərəfindən iki il bu ölkədə xidmət keçmişlər. Bu müddət ərzində iki-iki qruplar halında 20 dəfə İsrailin hava sahəsinə təcavüz edən təyyarələrin, uçuşların zamanı və müddətinin İsrailin kəşfiyyatı idarələri tərəfindən bilinməsinə baxmayaraq heç bir maneəyə rast gəlməmişdi. 1973-cü ildə bu təyyarələrdən biri Mach 3.2(səsdən 3.2 dəfə sürətli) sürətinə çataraq bütün versiyalarının dünya sürət rekordunu qırmışdı, ancaq təyyarənin motorları bu təzyiqə davam gətirməyərək yanmışdır. I Körfəz müharibəsinin ilk günündə ABŞ Dəniz Qüvvətlərinə aid olan F/A-18 Hornet döyüş təyyarəsi İraq Hava Qüvvətlərinə aid olan MiG-25PD tərəfindən vurulub salınmışdır. Yenə I Körfəz savaşı ərəfəsində İraq Hava Qüvvətlərinə malik 1 MiG-25 8 amerikan F-15 təyyarəsinin arasından sivişərək F-15-lər tərəfindən qorunmaqda olan, radarları yayındıran sistemlərlə təhciz olunmuş EF-111 Raven təyyarəsinə hücum etmişdir. Hücum nəticəsində EF-111-ə ziyan dəymədi, ancaq bölgədən uzaqlaşmağa məcbur oldu. EF-111 təyyarəsinin dəstəyindən məhrum qalan F-15-lərdən biri də İraqın Zenit Raket Komplekslərinin tərəfindən vurulmuşdur. Yenə eyni müharibə ərəfəsində 2 MiG-25 4 ədəd F-15 Eagle təyyarəsinə təcavüz etmiş və nəticəsində Amerikan təyyarələrinin atdığı 10 ədəd raketin hamısından da yüksək sürətləri sayəsində qaçmağı bacarmışlar. Müharibə dövründə yalnız 2 MiG-25 Amerikan HHM-ləri tərəfindən məhv edilmişdir. 1997-ci ildə Hindistan HHQ-lərinə aid olan bir MiG-25 Pakistan üzərində 20.000 metr hündürlükdə, təxminən səsdən 3 dəfə sürətli uçarkən Pakistan HHQ-ləri tərəfindən aşkarlanmışdır. O dövrlərdə Pakistan HHQ-lərinin bu təyyarələrə qarşı silahı olmadığı üçün bu uçuşun təcavüz/şou məqsədli olduğunu bəyan etdi. 23 dekabr 2002-ci ildə İraq HHQ-sinə aid olan MiG-25 bu ölkənin səmasında kəşfiyyat aparan amerikan MQ-1Predator pilotsuz uçan aparatını vurmuşdur. Tarixdə ilk dəfə pilotlu və pilotsuz uçan vasitələr arasında baş verən bu İtdavasında (Dogfight) MQ-1Predator tərəfindən atılan Stinger raketləri MiG-25-ə dəyməmişdi. 2003-cü ildə başlayan İraq müharibəsi dövründə heç bir aktivlik göstərməyən, İraq HHQ-lərinə aid olan digər təyyarələr kimi MiG-25-lərin də çoxu yerdə və ya yeraltı sığınacaqlarda məhv edilmişdir. Eyni ildə Amerikan qüvvətləri tərəfindən hava bazasının yanında bastırılmış vəziyyətdə 2 MiG-25 ələ keçirilmiş və bu təyyarələr araşdırma üçün ABŞ-a göndərilmişdir. Araşdırılması qurtaran təyyarələrdən biri indi Ohayo ştatının Dayton şəhərindəki ABŞ Hərbi Hava Qüvvələrinin muzeyində sərgilənir.
1960-1970-ci illər – Misir tərəfindən İsrailə qarşı kəşfiyyat məqsədi ilə.
1981-1982-ci illər – Suriya tərəfindən İsrailə qarşı.
İran-İraq müharibəsi – İraq tərəfindən.
1991-ci il NATO-nun İraq əməliyyatı – İraq tərəfindən.
Qarabağ müharibəsi – Azərbaycan tərəfindən.


Tarix: 20.03.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...