Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

F-16

F-16 Döyüşən Şahin (ing. F-16 Fighting Falcon) — Amerika Birləşmiş Ştatları "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilmiş, ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə.Mündəricat
1 İstehsalı
2 Satış qiymətləri
3 İstifadəçilər
4 İstinadlar
5 Xarici keçidlər
6 Həmçinin bax


İstehsalı

"F-16" təyyarələri 1972-ci ildən bəri ABŞ-ın Lokhid Martin korporasiyası tərəfindən istehsal edilir. Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. İndiyədək 4200-dən çox təyyarə istehsal edilib. F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir. F-16 pilotun yerdən 15 min metr yüksəklikdə, 1100 kilometr sürətlə uçarkən katapult etməsinə imkan verən kreslo ilə təchiz edilib. Yüksək manevr qabiliyyətinə malik olan F-16 təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən “hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib. Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir. F-16 təyyarələrinin bir neçə versiyası var və istehsalçı şirkət onu müntəzəm olaraq modernləşdirir. Təyyarələri Lokhid Martin şirkətinin lisenziyası əsasında Türkiyənin TAİ, Belçikanın SABCA və Niderlandın “Fokker” firmaları da istehsal edir. Türkiyə HHQ-nin sərəncamlarında “döyüşən şahin”lərin 200-ə qədər bir neçə tipi var. Habelə Azərbaycana dost ölkələrdən Pakistanın da HHQ-də F-16 təyyarələri yer alır.

Satış qiymətləri

“F-16 Fighting Falcon” xarici bazarlarda 75-80 milyona təklif edilir. Lakin bura təyyarələr üçün ehtiyat hissələri və silah sistemləri daxil deyil. Lakin tam təchizatda bu təyyarələrin qiyməti 120 milyon dollara qədər qalxır.
F-16A/B: US$14.6 milyon (1998)
F-16C/D: US$18.8 milyon (1998)
F-16E/F: US$26.9 milyon (1998)
F-16I: ~US$70 milyon (2006)
F-16A/B: US$14.6 milyon (1998)
F-16C/D: US$18.8 milyon (1998)
F-16E/F: US$26.9 milyon (1998)
F-16I: ~US$70 milyon (2006)


Tarix: 20.03.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...