Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

9K33 Osa

9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.

"Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m təşkil edir.

Atma sistemi və lazım olan radar və kompüter texnikası üçoxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur.

Bu sistemin hədəfi vurma ehtimalı 35-85% arasında qiymətləndirilir. Osa-AK və Osa-AKM sistemlərində bu 55-85% arasında dəyişir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər.


Tarix: 20.03.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...