Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ASC Rəvan Sığorta

ASC Rəvan Sığorta - Azərbaycanın sığorta şirkəti.

"ASC Rəvan Sığorta" "ASC Star Alyans Sığorta" adı ilə Azərbaycan bazarında 1998-ci ildən fəaliyyət göstərir, Efsen Group şirkətlər qrupuna daxil olub. Lakin 2007-ci ildə "Nurgün" şirkətlər qrupuna satılıb.

Səhmdarların qərarı ilə 2009-cu ildə "ASC Star Alyans Sığorta" adını "ASC Rəvan Sığorta" olaraq dəyişib. "ASC Rəvan Sığorta" adı ilə 21 avqust 2009-cu ildə dövlət qeydiyyatından keçib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, şirkət 2009-cu ildə birinci yarımildə 0,48 milyon manat ödəmələrlə 1,16 milyon manat sığorta pulu toplayıb. Nizamnamə kapitalı 1,96 milyon manat təşkil edir. Şirkət iki məcburi və dörd könüllü sığorta növü üzrə xidmət göstərir.


Tarix: 18.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...