Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avropa İnvestisiya Bankı

Avropa Birliyinin − maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir.

Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir.

Bank Avropa Birliyi xaricində də birliyin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir. Avropa İnvestisiya Bankı mənbələrinin böyük bir hissəsini sərmayə bazarlarından borc alır. Sərmayə bazarlarında AİB hissələrinin yüksək reytinqə sahib olması ən uyğun şərtlərdə çox yüksək miqdarlarda mənbə tapa bilməsini təmin edir. Maddi maraq güdməyən bir kredit qurumu olan AİB maliyyə bazarlarındakı vəziyyətinin üstünlüklərindən təşəbbüskarları yararlandırır.


Tarix: 17.03.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...