Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzgüçülük və onun faydaları haqqında

İdeal bədən və əzələ quruluşuna sahib olmağımız üçün üzgüçülük xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı üzgüçülük həm də beyin üçün faydalıdır. Bu qənaətə gəlmək üçün avstraliyalı mütəxəssislər uzunmüddətli təcrübə işləri aparıblar. Bu təcrübələrə rəhbərlik edən Avstraliya Universitetinin professoru Howardın sözlərinə görə, üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur. Bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır.

Davamlı idman hərəkəti edərkən insan bədənində temperaturun 30-32 dərəcəyə çatır. Bu isə öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Lakin mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 10 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmur, iki-üç ayda yalnız bir-iki dəfə üzməyə vaxt ayırırsınızsa, tez zamanda uğurlu nəticə əldə etməyiniz mümkün deyil.

Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilirik.

Bütün bunlarla yanaşı üzmək eyni zamanda təzyiq və ürək problemi olan xəstələrə müsbət təsir edir. Üzgüçülükdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir.

Ancaq unutmaq olmaz ki, üzgüçülüyün yuxarıda sadaladığımz faydaları ilə yanaşı, bəzi mənfi tərəfləri də var. Belə ki, bu idman növü xüsusi diqqət tələb edir. Bəzi hallarda insanların diqqətsizliyi nəticəsində üzgüçülükdən sonra onlarda spazma yarana bilir. Bu kimitəhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşı qurulamaq, bədəni soyuqdan qorumaq lazımdır.


Tarix: 04.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: İdman və sağlamlıq
loading...