Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol üzrə dünya çempionatı 2014

Futbol üzrə dünya çempionatı 2014 - Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FIFA tərəfindən təstiq edilmişdir. Bu, Braziliyada keçirilmiş ikinci Dünya kuboku yarışması olaraq (İlk dəfə bu ölkə 1950-ci ildə Dünya Çempionatinin keçrilməsinə hüquq qazanmışdır) 1978-ci ildən sonra Cənubi Amerikada təşkil edilən ilk turnir oldu.

31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 15 oktyabr 2013-cü ildə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Turnirə qrup mərhələsinin Braziliya – Xorvatiya matçı ilə 12 iyun tarixində start verilmişdir. Dünya Kubokunun tarixində ilk dəfə “goal-line” texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransa və İspaniya) turnirdə mübarizə etmə hüququ qazanmışdılar.

Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Qötzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı. Dünya çempionatları tarixində ilk dəfə Avropa ölkəsi Amerikada keçirilən futbol turnirində çempionluq qazandı. Həmçinin ilk dəfə Avropa ölkələrinin milli komandaları 3 dəfə ardıcıl çempion olmuşdular (İtaliya - 2006, İspaniya - 2010). Alman oyunçusu Miroslav Kloze turnirdə vurduğu iki qol sayəsində Dünya Kuboku turnirində oyunçu tərəfindən vurulmuş cəmi 16 qola çataraq və Ronaldonun rekordunu qıraraq, ən çox qol vuran oyunçu oldu.

Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya - Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7-1 hesabı ilə məğlub edərək, tarixdə ən böyuk hesablı qələbərdən birinə nail olmuşdur. Bu, Braziliya yığmasının ən pis nəticələrindən biridir (1920-ci ildə, 94 il əvvəl, Çilidə keçirilən Cənubi Amerika çempionatında Braziliya Uruqvay millisə 6 qol buraxmışdı). Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq, Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya - Niderland oyunundan sonra qəbul edilmişdir
İlkin hazırlıq
§Turnirin təşkilatçısı
Dünya Çempionatının keçiriləcəyi ölkənin şeçilməsində kontinentlərin rotasiya prinsipi nəzərə alındığına görə, 2014-cü ildə futbol üzrə Dünya Kuboku Cənubi Amerikada keçirilməli idi. Braziliya isə yeganə favorit namizəd idi. 2003-cü ildə Cənubi Amerikanın digər ölkələri Braziliyanın namizədliyini dəstəkləməyə razılıq verdilər. Buna baxmayaraq, Dünya çempionatının keçirilməsinə Braziliya ilə yanaşı bir neçə dövlət iddialı idi. Belə ki, çempionatın keçirilməsi üçün Kolumbiya da öz iddiasını irəli sürmüşdü. Lakin, 1986-ci ildə dünya çempionatının keçirilməsi məqsədi ilə Kolumbiyanın üzərinə düşən öhtəlikləri yerinə yetirməməsini nəzərə alaraq, onun namizədliyi “qeyri ciddi” kimi qəbul edilmişdi. Bu səbəbdən 1986-cı ildə turnir ikinci dəfə Meksikada müvəffəqiyyətlə keçirilmişdir.

7 may 2003-cü ildə FİFA bəyan etmişdir ki, 1978-ci ildən sonra turnir ilk dəfə Cənubi Amerikada keçiriləcək. Həmin il 3 iyun tarixində CONMEBOL Argentina, Braziliya və Kolumbiya 2014-cü ilin Dünya Kubokuna sahiblik etmək üçün öz ərizələrini təqdim edəcəklərini bildirmişlər. Braziliya öz ərizəsini rəsmən 2006-cı ilin dekabr ayında təqdim etmişdir. 11 aprel 2007-ci ildə keçirilmiş səsvermənin nəticəsinə görə, Braziliya çempionatda ev sahibliyi etmək hüququnu qazandı. Beləliklə, Meksika, İtaliya, Fransa və Almaniyadan sonra Braziliya da ikinci dəfə Dünya Kubokuna ev sahibliyi etmişdir.

§Mükafat fondu
Əvvəlki Dünya Kuboku turniri ilə müqayisədə, bu ilki çempionatın mükafat fondu 37% artaraq 576 milyon dollar) təşkil etmişdir. 2010-cu ildə isə bu rəqəm 420 milyon dollara bərabər idi. Çempionatın başlanmasından əvvəl qrup mərhələsinə vəsiqə qazanmış 32 ölkənin hər biri hazırlıq xərcləri üçün 1,5 milyon dollar əldə ediblər.

$8 milyon – 1/8 final oyunlarına addımlayan komandalar (16 komanda)
$9 milyon; – 1/4 final oyunlarına addımlayan komandalar (8 komanda)
$14 milyon; – Yarımfinal oyunlarına addımlayan komandalar (4 komanda)
$20 milyon; – 4-cü yeri tutan komanda
$22 milyon; – 3-cü yeri tutan komanda
$25 milyon; – 2-ci yeri tutan komanda
$35 milyon; – Çempion
§Rəsmi top
Əsas məqalə: Adidas Brazuca
FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, səsvermənin nəticəsinə görə, Dünya Çempionatının rəsmi topu olaraq Adidas şirkətinin Brazuca adlı topu seçilmişdir.

§Rəmzlər
Emblem
2010-cü ilin Dünya Çempionatı ərzində Yohannesburq şəhərində keçirilən mərasimdə turnirin rəsmi emblemi təqdim edilmişdi. Emblemin seçilməsi üzrə komitəyə memar Oskar Nimeyer, tərtibatçı Hans Donner, modelçi Jizel Bündhen, yazıçı Paulo Koelyo, müğənni İveti Sanqalu, 2014-cü ilin Dünya Çempionatı təşkilat komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katib Jerom Valkin daxil idilər. Komitə üzvləri tərəfindən seçilmiş emblem "Ruhlanma" (port. Inspiração) adını daşıyır. Həmin emblem Braziliyanın Afrika agentliyi tərəfindən tətbiq edilib.

§Rəmsi mahnı
23 yanvar 2013-cü ildə FİFA və Sony Music tərəfindən turnirin rəsmi mahnısı təqdim edildi. Bu mahnı amerikalı musiqiçi Pitbull, braziliyalı Klaudiya Leytte və pop-estrada müğənnisi Cennifer Lopesin ifa etdiyi "We are one(Ole Ola)" kompozisiyası oldu.

§Turnirin iştirakçıları
§Milli komandalar
Final mərhələsində turnirin ev sahibi Braziliya ilə birlikdə 32 komanda iştirak edib. İştirakçılar seçmə mərhələləri çərçivəsində final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdılar (bundan başqa iki iştirakçı kontinentlərarası pley-off məhlələlərində oynayıblar). Onların arasında vaxtıilə çempion titulunu qazanmış bütün 8 komanda iştirak edib. Bosniya və Herseqovina dünya çempionatlarının final mərhələsində debut edən yeqanə ölkə idi.

§Heyətlər
Rəsmi ərizəni təqdim etməkdən əvvəl, 13 may 2014-cü ilə qədər milli komandalar 30 oyunçudan ibarət olan ilkin heyətləri açıqlamalı idilər. Sonuncu təqdim edilmiş ərizəyə əsasən, hər milli komandanın heyətinə 3 qapıçı ilə birlildə 23 oyunçu qatıldı. Ərizə 2 iyun 2014-cü ilə qədər təqdim edilməlii idi.


Tarix: 09.03.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: Ümumi
loading...