Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Petropolis müqaviləsi

17 noyabr 1903-cü ildə Boliviya və Braziliya arasında ərazi mübadiləsini nəzərdə tutulurdu. Bu anlaşmaya əsasən tanınmamış Akri Respublikasının varlığına son qoyulur.

Tarix
Akri Respublikası 1 mayda öz müstəqilliyini elan etsədə Braziliya ordusu ərazini Boliviyaya qaytarır. Kauçuk istehsalı ilə məşğul olan gəlmə braziliyalıların bölgə əhalisinin 90% təşkil etməsi onların söz sahibi olmasına səbəb olur. 1901-ci ildə bölgə Boliviya tərəfindən ABŞ şirkətinə icarəyə verir. Bundan sonra Akri yenidən Respublika elan edilir. Braziliya və Boliviya torpaqları dəyişdirmə haqqında razılığa gəlinir. Belə ki, bölgə (191.000 km² ərazi ) Braziliyaya verilir. Buna qarşılıq Braziliya öz ərazisindən 3000 km² ərazini Boliviyaya güzəştə gedir. Bu ərazi Rio-Madeyra və Rio Abunga çayları olan bölgəni əhatə edirdi. Üstəlik 2 milyon funt-sterlinq verməli idi. Həmçinin Quajara-Mirindən Braziliyanın Qibraltar limanına dəmir yolu çəkməyi Braziliya öz üzərinə götürür. Bu anlaşmaya əlavə Braziliya və Peru arasında sərhəd anlaşmazlığı Argentinanın rəhbərliyi ilə sülh bağlanır. 1909 Petropolis anlaşması imzalanır. Anlamaya əsasən Braziliya Peruya 39.000 km² ərazi verir və ABŞ şirkətinə dəymiş zərərə görə 110.000 funt sterlinq konpensasia ödəyib.


Tarix: 02.03.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 239 Bölmə: Ümumi
loading...