Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz əncüməni

Bütün əncümənlər içində Təbriz əncüməni müstəsna yer tuturdu. Həm ilk əncümən olduğuna, həm də ən prinsipial olaraq, Məşrutəni sonacan müdafiyə etdiyinə görə Təbriz əncüməni xüsusi olaraq seçilirdi. Təbriz əncüməni bütün ölkə əncümənləri üçün örnək rolu oynayırdı. Təbriz əncümənində qəbul olunan qərarlar, onun təcrübəsi başqa əncümənlər tətəfindən dərhal öyrənilirdi və, imkan dairəsində, tətbiq edilirdi. Təbriz üsyanı (1908-1909) vaxtı, əyalət əncümənindən başqa, Təbrizdə başqa əncümənlər də vardı. Ən nüfuzlu əncümənlər bunlar idi: "Əncüməni-həqiqət","Əncüməni-qüdrət","Əncüməni-mücahid". "Əncüməni-həqiqət" Əmirxız məhəlləsində yerləşirdi və Səttarxanın orqanı idi. "Əncüməni-qüdrət" Xiyaban məhəlləsinin fədailərinin orqanı idi, ona Bağır xan başçılıq edirdi. "Əncüməni-mücahid" faktiki olaraq Təbrizin inqilabi mücahidlər klubu idi, ona Əli Müsyo başçılıq edirdi.


Tarix: 12.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Ümumi
loading...