Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya Azərbaycanlılarının II Qurultayı

Dünya Azərbaycanlılarının II Qurultayı — Dünya azərbaycanlılarının ikinci Qurultayıdır.

"Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir.

Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.
İştirakçılar
Dünya azərbaycanlılarının II qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir.Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökümət qurumlarından,ictimai təşkilatlardan,elm,təhsil,mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan,siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur. .

Qurultay zamanı
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai-siyasi,iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən,Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar,iş adamları,müxtəlif ölkələrin parlament üzvləri,siyasi və ictimai xadimlər,bir sözlə,Azərbaycanı sevən,onun inkişafını və tərəqqisini arzulayan insanlar idi.Qurultayda xarici ölkələrin-Türkiyə,Latviya,Estoniya,Litva,Ukrayna,Moldova,Belçika,Avstriya,İsveçrə,Kanada ali qanunvericilik orqanlarının üzvlərindən ibarət 64 nəfər qonaq qismində iştirak etmişlər. Dünya azərbaycanlılarının II Qurultayının Qətnaməsi,Dünya azərbaycanlılarının II qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti,Dünya azərbaycanlılarının II qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti,Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə,beynəlxalq təşkilatlara,xarici ölkələrin parlamentlərinə,dövlət və hökümət başçılarına müraciəti,BMT-nin Təhsil,Elm və Mədəniyyət Məsələləri Təşkilatına (YUNESKO) müraciəti,Azərbaycan və türk diaspor təşkilatlarına müraciət qəbul olunmuşdur. Sonra təşkilati məsələlərə baxılmışdır.Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqləmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqdələndirmə Şurasının sədri seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı,dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli dövlətçilik ideolgiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə bir qrup diaspor fəalı Şöhrət ordeni və Tərəqqi medalı ilə təltif edilmişdir. Dünya azərbaycanlılarının II qurultayının yüksək səviyyədə təşkili və tədbirin ictimayyət arasında doğurduğu rezonans,toplantıda qəbul olunmuş qərarlar diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləməyə əsas verir.II qurultay dünya azərbaycanlılarının Prezidenti İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etmişdir. Qəbul olunmuş qərarların mahiyyəti ,müzakirələrin ümumi gedişi və əldə olunmuş nəticələr dünya azərbaycanlıları arasında davamlı siyasi həmrəyliyin və birliyin təməlinin kifayət qədər möhkəm olmasını,ictimai statusundan,siyasi baxışlarından,əqidə və dünyagörüşündən asılı olmayaraq azərbaycançılıq ideologiyasının bütün azərbaycanlıları öz ətrafında birləşdirə bilən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqləmişdir. Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi böyük uğur kimi dəyərləndirilməlidir.Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqləndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi yeni mərhələnin əsas vəzifələrindən biridir. Dünya azərbaycanlılarının II qurultayı Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərmişdir.Qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin münaqişənin həlli,işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədikləri bir daha vurğulanmışdır.


Tarix: 12.02.2015 / 16:02 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Ümumi
loading...