Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin XI qurultayı

Azərbaycan müəllimlərinin XI qurultayı — 24 sentyabr 1998-ci ildə keçirilmişdir.

XI qurultayın gündəliyindən
Hər bir hadisə, hər bir fakt bu və ya digər özəl cəhəti ilə yadda qalır, seçilir. Bu fikir baxımından Azərbaycan müəllimlərinin XI ali məclisi bir neçə yöndən fərqli olmuşdur. Əvvəla, bu, müstəqillik qazanmış respublikanın təhsil işçilərinin qurultayı idi. İkincisi, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni səsləndirilmişdir. üçüncüsü, ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Şurası seçilmişdir.

1998-ci il sentyabrın 25-də saat 10.00-da Respublika Sarayında işə başlamış ali məclisdə 1995 nəfər nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultaya təbriki oxunmuşdur.

Qurultaya xarici ölkələrdən çoxlu sayda təbriklər göndərilmiş, Azərbaycanda olan səfirliklərin nümayəndələri çıxış etmişlər.

Ali məclisin gündəliyinə görə, təhsil naziri, professor Misir Mərdanovun "Azərbaycan Respublikasında milli təhsilin inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə məktəbəqədər tərbiyə, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil, elmi-pedaqoji kadr hazırlığı istiqamətlərində uğurlardan danışılmışdır.

Məruzə ətrafında çıxışlar olmuşdur. Sonra mandat komissiyasının hesabatı dinlənilmişdir.

XI qurultayda ölkə başçısı Heydər Əliyev geniş və dərin məzmunlu nitq söyləmişdir. öz fəaliyyətinin təhsillə bağlı məqamlarını açıqlayan ümummilli lider müəllim əməyinə yüksək qiymət vermiş, qarşıdakı illərdə pedaqoji sahəyə qayğı və diqqətin daha da artırılacağını vurğulamışdır.

Qurultayda Təhsil Şurası seçilmiş, yekun sənədlər qəbul olunmuşdur.


Tarix: 12.02.2015 / 15:53 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Ümumi
loading...