Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babək əl-Xürrəmi - Xatirəsi

Naxçıvan Muxtar Respublikasının rayonlarından biri Babəkin adını daşıyır.
Babəkin Naxçıvan şəhəri, Babək rayonu və Xaçmaz şəhərində heykəlləri qoyulmuşdur.
Babəkin adı Bakı və Gəncə şəhərlərində prospektə verilmişdir.
1979-cu ildə "Azərbaycanfilm" kinostudiyası "Mosfilm" kinostudiyası ilə birlikdə Eldar Quliyevin rejissorluğu ilə Babək haqqında film çəkmişdir.
1996-cı ildən başlayaraq hər il Babəkin doğum günü kimi qeyd edilən 26 iyun tarixində Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Bəzz qalasına yürüş keçirirlər.
Azərbaycan bəstəkarı Aqşin Əlizadə 1979 - cu ildə şərəfinə Babək baletini bəstələmişdir.
Xalq yazıçısı Ənvər Məmmədxanlı "Babək" romanını yazmışdır. "Babək" filmi də onun ssenarisi əsasında çəkilmişdir.
Cəfər Cabbarlının "Od gəlini" faciəsinin qəhrəmanı Elxanın prototipi də Babəkdir.
Azərbaycan yazıçısı[Mənbə göstərin] Taleh Şahsuvarlının 2009-cu ildə çapdan çıxan "Canlanma" tarixi metaromanında Babəkdən bəhs olunub


Tarix: 11.02.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 187 Bölmə: Ümumi
loading...