Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Çoban Sulduz

Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (?-1328) - Elxani əmiri, sərkərdə.
Həyatı
Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Fəaliyyətə Arqun xanin hakimiyyəti dönəmində başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Xudabəndənin (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta çağda Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikde öldürtdürdü.

Ailəsi
Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu. Oğlanları

Əmir Dəmirdaş Sulduz
Əmir Cilovxan Sulduz
Əmir Həsən Sulduz
Əmir Surğan Sulduz
Dəməşq Xacə Sulduz
Əmir Yağıbasdı Sulduz
Əmir Mahmud Sulduz
Qızları

Bağdad xatun


Tarix: 09.02.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Ümumi
loading...