Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şiz qalası - Memarlıq xüsusiyyətləri

Şiz qalası 12400 kv. m. əraziyə malikdir. Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18-20 m hündürdə yerləşir. Qala divarları daş və əhənglə tikilmişdir. Qala 36 bürcə malikdir. Yarımdairəvi formada olan bürclər biri digərindən 22-26 m aralıda yerləşərək hər biri 10 m enə malikdir. Qalanın Şimal qapısı 5,3 m hündürlüyə və ¾ m enə malikdir. Ümumiyyətlə qala divarının hündürlüyü 7,3 - 8,3 m, eni isə 3,9 m-dir.

Qala divarları böyük-kiçik sal daşlardan tikilərək 7,5 metr hündürlüyə malikdir. Qala divarlarına Sasani dövrünü tikinti üslubunda yonulmuş daşlardan üzlük çəkilmişdir. Qazıntı rəhbərinin fikrincə bu daş üzlük Sasanilərin son dövründə qala divarına əlavə edilmişdir. Qala divarında həmçinin monqol dövründə aparılan təmir işləri də sezilməkdədir.

Qala divarlarının Şimaldan Cənuba olan məsafəsi 400 m, Qərbdən Şərqə olan məsafəsi isə 300 m-ə bərabərdir.

Azərgüşnasp məbədinin qapısı qarşısında olan qalanın Şimal darvazası yerin təbii səthindən 7 m aşağıda yerləşir. Digəri isə Cənub-Qərb qapısıdır ki, hazırda qalaya gediş-gəliş burdandır. Qala divarlarının qalınlığı 10 metrdir. Lakin gölün sahilində sudan qorunmaq üçün divarların qalınlığı 15 metrdir.


Tarix: 29.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Ümumi
loading...