Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İranzu

İranzu – Cənubi Azərbaycan ərazisindəki kiçik çarlıqları və vilayətləri birləşdirərək mərkəzləşdirilmiş Manna dövlətinin əsasını qoymuş hökmdar, Manna hökmdarları Aza və Ullusununun atası.

Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır.İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər.

İranzunun hakimiyyəti dövründə Manna dövlətində vilayət hakimləri zəiflədilərək pərakəndəliyə son qoyulmuş və dövlət mərkəzləşdirilmişdir. Lakin bu hökmdarın hakimiyyətinin son illərində (e.ə.714) Zikirta vilayətnin hakimi Mettati Urartu hökmdarı I Russanın təhriki ilə İranzunun hakimiyyətinə qarşı çıxaraq üsyan qaldırmışdı. Bu üsyanı yatırmaqda onu müttəfiqi Assur hökmdarı II Sarqon kömək etmişdir. Dur – Şarukkin (Xorsabad) sarayının II zalının divar yazılarında bu hadisələr haqqında deyilir:

"...Hakimiyyətimin [üçüncü ilində] möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar Mannalı İranzunun əleyhinə üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma alətləri ilə onlann möhkəm divarlarmı dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən, yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Baia və Abitikna (şəhərlərinin) əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki Hatti ölkəsinə köçürdüm."
Adın etimologiyası
Prof. Q. Qeybullayev qeyd edir ki, bu ad iki cür izah oluna bilər: 1) türkcə ər – "kişi", "igid" və kassi dilindəki yanzi – "çar", "hakim sözlərindən; 2) türkcə ərən – "cəsur", "mərd" sözü ( ərən "döyüşçü" sözü şumer dilində də vardı) və şumercə zu – "müdrik" sözlərindən ibarət olmaqla müdrik ərən mənasındadır.


Tarix: 27.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 130 Bölmə: Ümumi
loading...