Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A.Bakıxanov adına Tarix İnstitutu - TARİXİ

1923-cü ildə Azərbaycanı tədqiq və Tətəbbə Cəmiyyəti yaradıldı. Bu cəmiyyət başqa problemlərlə yanaşı, Azərbaycanın tarixi, arxeologiyası və etnoqrafiyasının tədqiqi ilə də məşğul olurdu. Elmi kadrların artması ilə əlaqədar olaraq 1929-cu ildə Cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edildi və onun tərikibində tarix-etnoqrafiya şöbəsi yaradıldı. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldıqdan sonra həmin şöbə müstəqil sektor kimi SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin tərkibinə daxil edildi. 1936-cı ildə həmin sektorun bazasında SSRİ EA Azərbaycan filialı nəzdində müstəqil Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil olundu. SSRİ EA Azərbaycan filialında müstəqil Tarix İnstitutu isə 1940-cı ildən fəaliyyətə başladı. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu onun tərkibinə daxil edildi. Sonradan Tarix İnstitutu Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna çevrildi. 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra İnstitutun əvvəlki adı özünə qaytarıldı.


Tarix: 10.01.2015 / 12:43 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Ümumi
loading...