Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma

Qanunun məzmunu

Həmişə rəhbərin yuxarıda özünü rahat hiss etməsinə nail olmağa çalışın.Öz istedadınızı nümayiş etdirərək onun yoluna çıxmaqda və ya özünüz haqqında yaxşı təəssürat yaratmaqda çox da uzağa getməyin.Yoxsa əks nəticəyə düçar olmaq təhlükəsi əmələ gələr:onlarda qorxu və inamsızlıq hissi yaradarsız.
Rəhbərinizi məcbur edin ki,onlar özlərinə əslində olduqlarından daha əzəmətli görünsünlər.

The 48 Laws of the Power (Robert Greene)

Mötəbər fikir

Çalış rəhbərdən yüksəkdən dayanma.İstənilən üstünlük çox pisdir.Vassalın knyaz üzərindəki üstünlüyü nəinki axmaqlıdır,hətta məhvedicidir.Bu göydəki ulduzların bizə verdiyi ibrət dərsinə bənzəyir.Ola bilsin ulduzlar da günəşə bənzəyirlər və onun kimi parlaq işıq saçırlar,ancaq heç vaxt onunla bir yerdə ola bilmirlər.
Baltazar Qratsian.1601-1658

Medalın iç üzü

Rəqabətə girdiyiniz hər bir adamdan qorxmağa ehtiyac yoxdur,vəziyyətə uyğun şəkildə sərt olmaq lazımdır.Əgər rəhbərinizin günəşi qüruba enirsə,ondan yüksəkdə durmaqdan qorxmamaq olar.Mərhəmətli olmayın-rəhbərinizi soyuqqanlıqla zirvəyə çıxarkən,özünə belə xırda şeylərlə əziyyət verməmişdi.Onun qüvvəsini qiymətləndirin.Əgər o zəifdirsə,zirvədən enməsini sürətləndirin:lazım olan vaxt işgüzar keyfiyyətlərdə,cazibdarlıq və ağılda ondan üstün olduğunuzu göstərin.Əgər o çox zəifdirsə və yıxılan vaxtdırsa təbiətə imkan verin öz işini başa çatdırsın.Çox zəifləmiş rəhbərinizi sıxışdırmaqla siz amansız və vicdansız görünməyə risq etmiş olarsınız-bunu etməyə dəyməz.Əgər rəhbəriniz hələ ayaq üstə dayanırsa və özünüzün ondan qabiliyyətli olduğunuzu yalnız siz bilirsinizsə,səbrli olun və gözləyin.İşlərin təbii gedişi belədir ki,hakimiyyət nəticədə sönükəcək və zəifləyəcək.Rəhbəriniz bir dəfə yıxılacaq və əgər siz oyunu düzgün qursanız,gözəl günlərin birində ona üstün gələrək yüksələcəksiniz.

Mənbə: "Hakimiyyətin 48 qanunu" ,Robert Qrim.
Azərbaycan dilinə çevirəni:Eldar Əfəndiyev.

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.


Tarix: 05.12.2014 / 15:34 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Ümumi Psixologiya
loading...