Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Altı əlsıxma nəzəriyyəsi

Altı əlsıxma nəzəriyyəsi – dünyada istənilən iki şəxsin öz ətrafındakı təqribi 5 insan vasitəsilə tanış olduğu barədə nəzəriyyədir.

Nəzəriyyə 1969-cu ildə amerikan psixoloqlar Stenli Milqrem və Ceffri Travers tərəfindən irəli sürülmüşdür. Onlar tərəfindən təklif edilən hipotez ondan ibarətdir ki, istənilən insan öz tanışı vasitəsilə planetin hər hansı bir yerindəki bir insanla tanışdır. Ümumilikdə bu tanış əhatəsi 5 insandan ibarət olur.

Milqremin araşdırması iki amerikan şəhərini əhatə edirdi. Bir şəhərin sakininə digər bir şəhərdə yaşayan müəyyən bir insanlara çatdırmaq üçün 300 zərf verilir. Bu şəxs zərfləri digər şəhərdəki insanlara öz tanışları və qohumları vasitəsilə çatdırmalı idi. Bostona 60 zərf gəlib çatır. Milqrem hesablamalar apararkən müəyyən edir ki, orta hesabla hər bir zərf 5 insandan keçərək öz sahibinə çatmışdır. Və beləliklə də, “altı əlsıxma nəzəriyyəsi” yaranmışdır.

Milqremin bu araşdırması Kolumbiya universitetinin sosiologiya kafedrasının alimləri tərəfindən elektron poçtun köməkliyi ilə təkrar edilmişdir. Bu zaman araşdırmada iştirak edən könüllü insanlara tapmalı olduqları insanların adları, soyadları, məşğuliyyətləri, yaşayış yerləri və təhsilləri barədə məlumar verilir. Bu zaman iştirakçılardan biri hətta Sibirdəki insanı belə tapır. O bunu cəmi 4 tanışı vasitəsilə həyata keçirmişdi.

Milan universiteti və Facebook sosial şəbəkəsi də öz növbəsində bu nəzəriyyəni sınaqdan keçirmişdir. Bu zaman müəyyən olunmuşdur ki, Facebook istənilən iki istifadəçini 4,74 əlaqə səviyyəsinə ayırır. ABŞ üşün bu əlaqə halqalarının sayı 4,37 idi.


Tarix: 27.11.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Ümumi Psixologiya
loading...