Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhkəm geyin, üşüyərsən

Üç dost balıq tutmağa gedirlər. söhbət zamanı birinci dost:
— Bu gün balıq tutmağa gəlmək üçün arvadıma bir həftəyə bütün evi rəngləyəcəyimə söz verdim. "
O biri: Ehh, o nədiki, mən bu gün bura gəlmək üçün üçün arvadıma 1 həftə içində bütün məişət texnikasını yenisi ilə dəyişdirəcəyimə söz verdim.
.......
Üçüncüsündən səs çıkmadığını görən dostlar soruşur:
-Həə?… Sən nə söz verdin bu gün balıq tutmaq üçün.?
«Vallah bir söz vermədim» deyir adam;
" — Səhər qalxınca arvadıma 'balıq tutmağa gedim,yoxsa anamgilə gedək' deyə soruşdum ...Cavabı qəti və dəqiq idi:
"- Möhkəm geyin, üşüyərsən:)))


Tarix: 28.11.2014 / 18:29 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Ümumi Letifeler
loading...