Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Və Gülməli Hekayə

Qəsəbəyə gələn lunapark çox sayda ziyarətçi yığmış. Bunu eşidən bir gənc adam da həftə sonunda gəzməyə getmiş. Burda gəzəndə gözünə bir şey sataşır və yaxınlaşır həmin yerə. Görür ki çadırlardan birinin qarşısında bir tabeldə
"Çox ucuza zehin oxuma dərsləri verilər..." yazırmış.
Gənc adamın çox marağini çəkmiş, zehin oxuma dərsləri. İçəri girmək istəmiş. Sonra bir ayaq saxlayıb cibindəki pula baxmış və bu dərslərin əvəzini ödəyə biləcəyini düşünərək, çadırdan içəri girmiş.
Ətraf qaranlıq idi. Gənc adam ətrafa baxanda hec bir şey görmür. Birdən bir səs eşidir. Çadırdakı masanın başında oturan müdrik görünüşlü ax saqqallı qoca gənc adama baxaraq deyir:
"Zehin oxuma dərsləri üçün buradasınız. Deyilmi?"
deyə soruşmuş. Gənc adam
"Bəli." dəyir.
Qoca ayağa qalxır və gənc adamin əlindən tutaraq:
"Məni izlə, övlad. Sənə ilk dərsi göstərəcəyəm..."
Çadırdan çölə çıxarmış. Ətafa baxıb gəncə deyir:
"Hazırsanmı?"
"Bbəli hazııramm"-deyə gənc qorxaraq cavab vermiş
Çadırın xaricində yaşlı adam yerdə dayanan bir xortumu götürərək, ona vermiş.
"Bu xortumu tut indi." Cavan soruşmuş;
"Nə üçün?"
"Sən tut hələ. Bu ilk dərsin bir parçası."
"Yaxşı" deyib gənc xortumu tutur.
Yaşlı deyir:
" Xortumun ucuna bax və nə gördüyünü mənə söylə."
Cavan xortumu əlinə almış və ucuna baxmış. Ancaq heç bir şey görə bilməmiş. "Heç bir şey görə bilmirəm."
Qoca deyir:
"Bir də yaxından bax"
Bunu söyləyərkən, yaşlı adam kranı açmış və cavanın üzü su içində qalmış. Cavan çaşmış bir hirslilik içində;
"Bunu edəcəyini bilirdim!" deyə qışqırmış.
Qoca müdrik;
"Bax gördünmü? Zehin oxumağı nə tez öyrəndin. Pulun qarşılığını dərhal götürdün. Təbriklər!.."


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Ümumi Letifeler
loading...