Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Nəciyev

Vidadi Məhərrəm oğlu Nəciyev (1966-1985) — Əfaqanıstanda gedən güclü döyüşdə qəhramancasına həlak olmuş azərbaycanlı şəhid.

Həyatı
Vidadi Məhərrəm oğlu Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb . 1984-cü ildə isə həmin məktəbi bitirmişdir.

1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Xidmətə başladığı müddətdən özünü layiqli, nümunəvi əsgər kimi göstərmiş, komandirlərinin və əsgər yoldaşlarının böyük hörmətini qazanmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. (1979 cu ildə Əfqanistanda siyasi çevriliş baş verdi və həmin ilin dekabrında SSRİ Əfqanistana qoşun yeritdi. Əfqanistanın müxalif qüvvələri ilə SSRİ arasında 1989 - cu ilə qədər müharibə davam etdi.) Vidadi Nəciyev də fəal və intizamlı hərbiçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. Həmin illərdə yaxşı qulluq etdiyinə görə “Tərifnamələr”, “Təşəkkürlər” almışdır.

1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. (Əfqanistan müharibəsində minlərlə sovet döyüşçüsü həlak oldu, on minlərlə əsgər şikəst oldu. Onların arasında yüzlərlə azərbaycanlı da var idi.)

Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən güclü döyüşdə qəhramancasına həlak olmuşdur.

Ölümündən sonra bir neçə dövlət ordenləri ilə də təltif olunub:

1985-ci il dekabr ayında “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.
1986 ci il fevralın 1 –də “Döyüş xidmətinə görə” medalı ilə təltif olunub.
1988 ci il mayın 15-də “Əfqan xalqı” medalı ilə təltif olunmuşdur.
1988 ci il 28 dekabrda SSRİ tərəfindən “Beynəlmiləl Döyüşçü” medalı ilə təltif olunmuşdur.
Hal-hazırda Yardımlı şəhər 4 saylı məktəb (əvvəlki Əsadabad kənd əsas məktəbi) onun adını daşıyır.


Tarix: 18.02.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 282 Bölmə: Ölkələrinə görə tarix
loading...