Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Trafalqar döyüşü

Trafalqar döyüşü (ing. Battle of Trafalgar, fr. bataille de Trafalgar, isp. batalla de Trafalgar) — Böyük Britaniya və Fransa, İspaniya hərbi dəniz donanmaları arasında 12 oktyabr 1805-ci ildə, İspaniyanın Atlantik okeanı sahillərindəki Trafalqar burnunda, Kadis şəhəri yaxınlığında baş vermiş tarixi dəniz döyüşü. Napoleon müharibəsinin bu həlledici döyüşündə Böyük Britaniya heç bir gəmi itkisi vermədiyi halda, Fransa və İspaniya birlkdə 22 gəmi itirmişdir. Döyüşdə ingilis donanmasının komandanı vitse-admiral Horatsio Nelson həlak olmuşdur.
Səbəbləri
1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.

5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən saxlanılır. Savaşın başlamasından 9 dəqiqə sonra freqat "Mersedes" partladılır, qalan üç freqat təslim olur. İspaniya cavab olaraq Böyük Britaniyaya müharibə elan edir və Fransanın müttəfiqinə çevrilir. Kadis və Ferroldakı ispan dəniz donama birlikləri Fransa tərəfində olurlar.

Böyük Britaniya yaxşı təlim görmüş və təcrübəli zabit korpusuna malik olduğu halda, təcrübəli Fransa donanma zabitlərinin əksəriyyəti Fransa İnqilabının əvvəllərində edam edilmiş, ya da xidmətdən uzaqlaşdırılmışdırlar. Bu zaman Fransa donanmasına komandanlıq etmək üçün etibar ediləcək yeganə şəxs Pyer-Şarl Vilnyev idi.

Napoleon Bulon düşərgəsində güclü desant dəstələri təşkil etmişdir. Məqsəd onları Britaniya sahillərinə çıxartmaq idi. Napoleon desant qüvvələrini La-Manş boğazından keçırə bilmək üçün barjaların hazırlanmasına əmr vermişdir. Birinci mərhələdə 1700 barja ilə 113 min əsgər və 5600 at, ikinci mərhələdə isə 590 barja ilə 48 min əsgər, 3400 at keçirtmək planlaşdırılmışdır. Lakin barjalar Britaniya xətt gəmiləri qarşısında müdafiəsiz olduqları üçün La-Manşı keçə bilmirlər.

Bu məqsədlə 1805-ci ildə Napoleon Pyer-Şarl Vilnyev qarşısında məqsəd qoyur ki, Karib dənizinə doğru istiqamət götürərək aldadıcı manevrlə Britaniya donanmasının başını qatsın. Lakin bu plan da pozulur, çünki Britaniya donanması La-Manşı tərk etmir. Bu aldadıcı manevr zamanı Finisterre yaxınlığında Vilnyevin gəmiləri ələ keçirilir, ispanlar iki gəmi itirirlər, lakin Fransa donanması döyüşə qatılmağa cürət etmir.

20 avqustda fransız eskadriliyası Britaniya gəmiləri ilə mühasirəyə alınmış ispan limanı Kadisə gəlirlər. 17 sentyabr 1805-ci ildə Napoleon Vilnyevə əmr göndərərək lövbərləri qaldırıb Kartagenaya gedərək ispan kontr-admiralı Salsedo oradan da Napoleon ilə birləşsinlər. Bu isə general Sen-Sirə Neapol krallığına daxil olmağa imkan yaradırdı.


Tarix: 16.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 235 Bölmə: Ölkələrinə görə tarix
loading...