Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolay Statsyuk

Nikolay Arsentyeviç Statsyuk (d. 15 may, 1917, Ukrayna – ö. 23 mart, 1976, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945)
Həyatı
Nikolay Statsyuk 1917-ci ildə Ukraynanın Xmelnitski vilayətinin Letiçev rayonunun Zavolk kəndində ukraynalı ailəsində anadan olub.

Nikolay Statsyuk 1936-cı ildə Bakıya gəlmiş və neft mədənində traktorçu işləmişdir. 12 iyun 1941-ci ildə Bakı Şəhər Hərbi Kommisarlığından orduya çağırılmışdır. Müharibə başlandığı günlərdə Nikolay Statsyuk SSRİ-nin qərbində orduda xidmət edirdi. Tank hissəsində starşina rütbəsilə xidmət etmişdir. Sovet ordusu ilə faşist ordusu arasında 1943-cü ildə baş vermiş ağır tarixi Kursk döyüşündə N.Statsyuk da iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur. Faşist ordusunun məğlub olaraq geriyə çəkilməsi dövründə tank bölməsi komandiri N.Statsyuk Visla və Oder çaylarını dəstənin başında hərəkət edən öz tankında keçərək qəhrəmancasına vuruşmuşdur. Son döyüşlərin birində o, öz tankı ilə düşmənin 8 tankını sıradan çıxartmışdır.

24 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

Müharibə qurtardıqdan sonra N.Statsyuk Bakıya qayıtmışdır. 1948-ci ildə Bakı Neft texnikumunu bitirmiş və neft mədənləri idarəsində rəis müavini vəzifəsində işləmişdir.

23 mart 1976-cı ildə vəfat etmişdir.


Tarix: 16.02.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 146 Bölmə: Ölkələrinə görə tarix
loading...