Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Didqori döyüşü (Gürcü: დიდგორის ბრძოლა) — 12 avqust 1121-ci ildə Gürcüstan knyazlığı ilə Səlcuq dövl

Ümumi məlumat
XI əsrin II yarısından özündən güclü Səlcuq dövlətinə vergi verməyə məcbur olan Gürcüstan bu döyüşlə asılılığa son qoymaq istəyirdi. Gürcü knyazı IV David səlcuqları Gürcüstandan qovmaq, VIII əsrdən Tiflisətrafı əraziləri idarə etmiş müsəlman əmirliyinə son qoymaq üçün bir-birinin ardınca strateji tədbirlər görmüşdü. Məhz bu fəaliyyətinə görə "Qurucu" ləqəbi alan IV David etnik dayaq yaratmaq üçün köçkün gürcüləri yurdlarına qaytarmaqdan əlavə, Şimali Qafqazdan çağırdığı minlərlə qıpçaq və alan ailəsinə torpaq verərək onların hərbi qüvvəsindən istifadə etmişdi. Səlcuq dövləti Bizans və səlibçilərlə mübarizə apardığından, gürcülərə qarşı müzəffər qoşun göndərə bilməmişdi. Buna baxmayaraq, mənbələrin verdiyi məlumata görə, Elqazi (İlqazi) adlı sərkərdənin başçılıq etdiyi səlcuq türklərinin ordusu ordusu 56 minlik gürcü ordusundan sayca çox idi. IV David türklərə qarşı Bolduin adlı sərkərdənin başçılığı altında avropalı səlibçilərin qüvvəsindən də istifadə etmişdi. Döyüşün əvvəlində IV David tərəfindən öyrədilmiş 200 əsgər döyüş sırasını tərk edərək səlcuqların tərəfinə keçirmiş kimi görüntü yaratmışdı. Döyüşdən əvvəl IV Davidin səlcuqlarla eyni dindən olan döyüşçüləri muzdla tuması haqda söhbət yayıldığından, səlcuq ordusunun avanqard (ön əsas) hissəsi bu görüntüyə aldanmış və onlara xətər yetirməmişdi. Ehtimal olunan ox yağışına qarşı isladılmış yapıncı geymiş döyüşçülər silahlarını gizlətmişdilər. Səlcuqların döyüş sıralarına girər-girməz silahlarını çıxarıb, səlcuqları qırmağa başladıqda orduda çaxnaşma yaranmışdı. 200 əsgər döyüşə-döyüşə əvvəlcədən gizlənmiş səlibçi ordusunun yerinə çəkildi. Onları təqib edən türklər səlibçilərlə üz-üzə gəlmişdi. Döyüş elə başlamışdı ki, səlcuqlar oxçu dəstələrin gücündən yararlana bilməmişdi. Bir yandan IV Davidin başçılıq etdiyi əsas gürcü qoşunu, bir yandan səlibçilər, digər yandan şahzadə Demetrenin başçılıq etdiyi arxa zərbə qüvvəsi səlcuqları çaşqınlığa salmış və buna hazır olmayan ordunun nizamı pozulmuşdu. 3 saatdan çox davam edən Didqori döyüşü IV Davidin ordusunun qələbəsi ilə nəticələndi.

Gürcülərin qələbəsində qıpçaqların rolu
Gürcüstan üçün əsas təhlükə islamı qəbul etmiş və ancaq bacla və ölkəyə mütəmadi hücumları ilə kifayətlənməyən oğuzlardan gəlirdi: IV Davidin qədim gürcü tarixçisinin yazdığna görə “hər payız türklər(oğuzlar) Somxitidən keçərək bura köç edirdilər və otuturdular” burada, eləcə də, “Tiflisdən Bərdəyə qədər Kür çayı boyu”. “Və onarın qüvvələri elə böyük idi ki, hətta deyirdilər hər tərəfdən türklər bura gəlir”. “ Heç kim, hətta sultanın özü də onlara orada yerləşməyə qadağan edə bilmirdi” Gürcü çarının isə nəinki şəhərlərin və qalaların müdafiyəsi üçün ordusu, hətta özünü qorumağa belə qoşunu yox idi”. Və “başqa çıxış yolu olmadığına görə”, tarixçinin yazdığı kimi, 1118-ci ildə IV David “qıpçaqları çağırmağa məcbur oldu” Öz qohumunun dəvətini alaraq bütün Şimali Qafqazın qıpçaq ordasının xanı Ətrak, böyük Saruxan(gürc. Şarukan) xanın oğlu, 50 min döyüşçü və onların ailələri ilə Gürcüstana yollandı. . Mətndə “ormotsdaati atasi”, yəni “50 min adam” yazılıb. Başqa sözlə desək, 1118-ci ildə 300 minə qədər qıpçaq Gürcüstana köçdü. Bununla belə Ətrak Gürcüstanın sərhədlərinin oğuzlardan müdafiyəsini öz üzərinə götürürdü, buna görə qıpçaqlar ölkənin cənub-şərqində və şərqində, o cümlədən Ahısqada və, maldarlıq üçün yararlı dağarası vadilərdə yerləşdirildilər. Artıq üç ildən sonra, 1121-ci ildə, Davidin, 45 minini qıpçaqlar təşkil edən 60 minlik ordusu oğuzları darmadağın edərək Tiflisi aldı, və həmin vaxtdan Tiflis Gürcüstanın paytaxtı oldu. Bununla bağlı gürcü tarixçisi sevinclə yazırdı ki “David qıpçaqları nahaq yerə dəvət etmədi, “çünki onların əli ilə bütün İranın qüvvələrini məhv etdi və bütün çarların üzərinə qorxu saldı, və onların köməyi ilə inanılmaz işlər gördü” Çar David tərəfindən gətirilən qıpçaqlar, Gürcü çarlığının müstəqilliyinin və çarın hakimiyətinin möhkəmlənməsində mühüm rol oynadılar. Onların yardımı ilə Şirvan ərazisinə yürüşlər təşkil olundu, Davidin Gəncə atabəyi üzərində 1121-ci ildə Didqor döyüşündəki qələbəyə nail oldu ki, bunun nəticəsində artıq sonrakı 1122-ci ildə Tiflis əmirliyi David tərəfindən alındı. Tezliklə Dmanisi(Dədə Qorqudda Tumanis qalası) və Ani Gürcüstana birləşdirildi.

Döyüşün gedişi
Döyüşün nəticələri
Döyüş nəticəsində səlcuqların ayağı, demək olar, bütün Qafqazdan kəsilmiş, Gürcüstan vergi verməkdən azad olmuşdu. Bir il sonra isə Tiflis Müsəlman əmirliyi ləğv edilmişdi. IV Davidin mədəniyyətə qayğısı nəticəsində gürcü mədəniyyətinin yüksəlişi başlamışdı. Ümumiyyətlə, bütün üstün nəticələrinə görə gürcülər bu qələbəni böyük təntənə ilə yad edir, hər il 12 avqust tarixində döyüşün şərəfinə inşa edilmiş abidə ətrafında Didqoroba adlı bayram şənliyi keçirir.


Tarix: 16.02.2015 / 14:58 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Ölkələrinə görə tarix
loading...